Çin-ABŞ müharibəsi baş verəcəkmi?

158

ABŞ əmindir ki, Çinlə rəqabət genişmiqyaslı müharibəyə gətirib çıxarmayacaq.

Sosialmedia.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisi Devid Stilvel deyib.

“Bizim Çin Xalq Respublikası ilə rəqabətimiz konfliktə gətirib çıxarmayacaq. Həqiqətən də biz bütün sferalarda rəqabətdə balansı və stabilliyi bərpa edirik”, – deyə amerikalı rəsmi bildirib.

O, ölkəsinin Pekinlə qarşılıqlı maraqlar çərçivəsində çalışmağa hazır olduğunu qeyd edib.