Müəllimlər bu səhvi edirlər

247

Yeni dərs ili başlasa da, bir çox şagird və tələbə hələ də distant (onlayn) təhsil məsələsində problemlər yaşayır. Xüsusən müəllimlər bildirirlər ki, əsasən “Zum” (Zoom) proqramından istifadə ilə bağlı çətinliklər olur və bu, tədris prosesinə təsir.

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Şəmil Sadiq də “Zum” proqramı ilə bağlı böyük texniki problemlər olduğunu təsdiqləyib.

“Şagirdlər onlayn şəkildə tədris proqramına qoşularkən bir sıra problemlərlə üzləşirlər. İnternet zəifləyir, müəllimlər tərəfindən göndərilən linklər açılmır. Hazırda Azərbaycan məktəblərində ibtidai siniflər iki gün məktəbdə, üç gün evdə tədrisə davam edirlər. Təhsil Nazirliyinin orta məktəblərin əksəriyyətində “Vindovs”un “Maykrosoft Tims” proqramından istifadə edilməsi barədə təlimatı var. Əslində, demək olar ki, bütün məktəblərdə bu proqramdan istifadə edilir. Hər bir şagird burada qeydiyyatdan keçib təhsil ala bilər. Müəllimlər isə bildirirlər ki, bu proqramdan yox, “Zum”dan istifadə edirlər. Lakin nazirlik “Tims” proqramıyla bağlı ictimaiyyətə yetərincə məlumat verib”, – deyə o bildirib.