Şuşanın bu günü və dünəni gözümzün önündə canlanacaq!

221

“ İraq Azərbaycan Mədəni Əlaqələri” İctimai Birliyi ““Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa ” sənədli filminin çəkilməsi layihəsinə start verdi

Sosialmedia.az saytı AKTUAL TV saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Maliyyəsi ilə həyata keçiriləcək “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti. Şuşa filminin çəkilməsi” adlı layihənin icrası artıq başlanılıb.

Layihənin ideyası Qarabağ mədəniyyətinin təbliği, Qarabağın işğal edilməsi ilə birlikdə bəşəriyyətin ən qədim sivilizasiyasına məxsus Qarabağ mədəniyyətinin də “güllənərək” məhv edildiyini insanlara çatdırmaqdan ibarətdir.

Layihənin icrası üçün çəkiləcək Şuşa filmində Şuşanın tarixi abidələri, mədəniyyəti, sənət adamları, Azərbaycan tarixinə və mədəniyyətinə Şuşa elinin verdiyi nəhəng sənətkarlar və Şuşanın bu günkü acı taleyi haqda kadrlar yer alacaqdır.

Layihə üç aya icra ediləckdir. Şuşada 17 məhəllə, hər məhəllənin özünün məscidi, məhəllə bulağı, hər məhəllənin öz təndiri və hamamı var idi. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri bağlandıqdan sonra Şuşanın həyatına mənfi təsirləri İran və Türkiyədən Azərbaycan torpaqlarına ermənilərin süni köçürülməsi siyasətinə start verilməsi konkret tarixi faktlar əsasında qeyd edilmişdir.

Filmin çəkilməsində tarixi faktlardan və arxiv mateiallarından istifadə ediləcəkdir. Layihənin rəhbəri İraq Azərbaycan Mədəni Əlaqələri İctimai Birliyinin sədri Tahirə Məmmədova, filmin rejissoru Etibar Məmmədov və redaktoru Büllur Cavad qızıdır.