Tofiq Yaqublu ev dustaqlığına buraxıldı – YENİLƏNİB

202

Bakı Apelyasiya Məhkəməsində bu gün Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılıb.

SosialMedia.az -ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Müsavat partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qərar verilib.

Qeyd edək ki, T.Yaqublu Nizami rayon Məhkəməsinin qərarı ilə 4 il 3 aylıq azadlıqdan məhrum edilmişdi. O, bu qərara etiraz olaraq, aclıq aksiyası keçirərərk, verilən qərardan apelyasiya şikayəti verib. Apelyasiya şikayəti ilkin olaraq sentyabrın 28-ə təyin edilsə də, sonradan proses 18 sentyabr saat 16:00-a dəyişdirilib. Ölkənin tanınmış ziyalıları, hətta bir neçə deputat da T.Yaqublunun azadlığa çıxması üçün dövlət başçısına müraciət edib.