Xırdalan dairəsi yaxınlığındakı yeni körpünün aşırım tirlərinin montajına başlanılıb

155

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SosialMedia.az-a bildirilib ki, bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.