Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələnib

135

Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib.

Bu barədə SosialMedia.az-a Yevlax Mənzil Kommunal İstehsalat Birliyindən bildiriblər.

Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib.

Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, ərazi dezinfeksiya edilib.