Prezident neftçiləri təbrik etdi

33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib.

SosialMedia.az-ın məlumatına görə, paylaşımda qeyd edilib ki neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır.

Bildirilib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var: “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz nə qədər güclü, qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq”.