Səbinə Kərimova : “Yeni böyük müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq”

273

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərdilər. Azərbaycandan yeni torpaqları işgal etməsi xülyası onu məğlubiyyətə apardı. Buna görə öz məkirli planının həyata keçirə bilməyən Ermənistan məğlubiyyətini qələbə kimi göstərərək öz işgalçı siyasətini davam etdirir. Lakin Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, çox böyük bir gücə sahibdir.

SosialMedia.az xəbər verir ki, bu sözləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova deyib.

O, bildirir ki, Ermənistan rəhbərliyi öz daxili gücünü itirməmək üçün növbəti işgalçı siyasətini aparır.Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

O,hesab edir ki, bu cür etməklə ölkəsində olan gərginliyi azaldacaq və vətəndaşların fikrini ayrı səmtə yönləndirəcək. Bundan əlavə Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) diqqətini çəkərək bu məsələyə baxılmasını və müdafiə olnmasını gözləyirdi. Buna görə müraciətdə etmişdi, amma etdiyi müraciət cavabsız qaldı. Bu da onu göstərir ki, Ermənistan üzvü olduğu təşkilatlarda belə ciddi qarşılanmır. Həm də sübut olundu ki, ölkəmizin KTMT üzvü olan ölkələrlə dostluq münasibətləri kifayət qədərdir və onlar Azərbaycana təcavüz edən Ermənistanın müdafiəsinə qalxmayacaqlar.

Bunu görən Ermənistan Azərbaycanı yeni müharibə ilə hədələyir və hərbi təlimlər keçir. O, azərbaycandan yeni torpağlar işgal etmək iddiasına düşüb və bunu açıq şəkildə bəyan edir. Paşinyan iyuldakı məğlubiyyətinin qələbə kimi göstərməyə çalışsa da, 2016-cı ilin aprelində olduğu kimi rəzilcəsinə məbluğiyyətə uğradığını çox yaxşı dərk edir. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəridir.

Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır.