Rusiya və Çin bunu inkişaf etdirir, bizsə yox

248

ABŞ yox, məhz Moskva nüvə arsenalını inkişaf etdirir. Rəsmi Vaşinqton Rusiyanın yaxın mənzilli nüvə silah sistemlərindən son dərəcə narahatdır.

Sosialmedia.az xəbər verir ki, bunu ABŞ Prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli deyib.

“Rusiya nüvə arsenalını artırır. Biz isə yox… Çin isə bunu çox sürətli şəkildə qurur. Təkrar edirəm, biz isə nüvə arsenalını inkişaf etdirmirik. Buna görə də gələcəkdə əldə edəcəyimiz razılaşma həm qeyd etdiyim ikitərəfli mülahizələri, həm də üçtərəfli narahatlıqları əks etdirməlidir”, – diplomat bildirib.

Billinqsli qeyd edib ki, ABŞ rəsmi Kremlin atdığı adımların qanuniliyini mübahisəyə çevirmir, çünki Rusiya suveren dövlətdir.