“Həssas və digər sosial qruplara psixoloji dəstəyin göstərilməsi və maddi yardımlarının verilməsi” layihəsi yekunlaşdı

203

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Əsgər Ailələrinə Dəstək” ictimai birliyi COVİD- 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə “ Həssas və digər sosial qruplara psixoloji dəstəyin göstərilməsi və maddi yardımlarının verilməsi” layihəsini icra etdi.

Bu barədə Sosialmedia.az-a “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri, Layihə rəhbəri Mətanət Əsgərqızının məlumat verib. Onun sözlərinə görə, layihə vasitəsilə şəhid ailələri, əlillər, müharibə veteranları və aztəminatlı ailələrə ərzaq yardımı göstərildi. Pandemiyayla bağlı təbligat işləri aparıldı. Təbliğat üçün psixoloqlar və həkimlər dəvət edildi. Layihənin əsas media dəstəkçisi olan Yeni Zaman TV vasitəsi ilə sosial şəbəkələrdə Pandemiya ilə bağlı geniş müzakirələr aparıldı.

İki ay müddətində icra olunan layihə çərçivəsində Bərdə rayonunun on iki kəndində 60-dan çox həssas və digər sosial qruplara ərzaq yardımları çatdırıldı. Yardımlar bütün gigiyenik qaydalara əməl olunaraq icra olundu. Layihə rəhbəri Mətanət Əsgərqızının məlumatına görə müşahidələr göstərir ki, artıq aylardır tügyan edən COVİD-19 Koronavirus Pandemiyası ilə bağlı bəzi vətəndaşlar hələ də qaydalara əməl etmirlər. Xalqımızın adət-ənənələrinin olmasına baxmayaraq bu həssas məqamda hər kəs həm özünün həm də digər yaxınlarının sağlamlığının qaydına qalmalıdır. Lakin hələ də qadağalar qüvvədə olsa da sosial məsuliyyətini dərk etməyərək yas yerlərinə gedən vətəndaşlar aşkarlanıb.Onların yaxınları ilə söhbətlər aparılıb.

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı layihənin icra edildiyi müddətdə dəstək olan bütün media qurumlarına, xüsusi ilə Yeni Zaman TV, qht.az, sosialmedia.az, turkustan.info, boyukmillet.com, sosialxeber.az, goyce.az, veteninfo.coma minnətdarlığını bildirir.