Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

385

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasına start verib.

Sosialmedia.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin birgə elan etdiyi müsabiqədə qalib gəlib.

Layihənin məqsədi gənc nəsil arasında qida təhlükəsizliyi sahəsində norma və standartlar haqqında maarifləndirmə işinin təşkili, qida məhsullarının norma və standartlara uyğun istehsal olunma və düzgün şəraitdə saxlanma qaydalarının öyrədilməsi, qida təhlükəsizliyinin aşılanması ilə qaydalara uyğun qidaların alınması ilə qida mənşəli xəstəliklərin azaldılmasına nail olmaqdan ibarətdir.Qeyd edək ki, layihə 3 ay müddətinda Quba rayonunda icra olunacaq.