Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi

142
Armenian soldiers take their position on the front line in Tavush region, Armenia, Tuesday, July 14, 2020. Skirmishes on the volatile Armenia-Azerbaijan border escalated Tuesday, marking the most serious outbreak of hostilities between the neighbors since the fighting in 2016. (Armenian Defense Ministry Press Service/PanPhoto via AP)

Ermənistan hökuməti bazar günü Azərbaycanın Dağlıq Qarabağ ərazisində eskalasiya ilə əlaqədar olaraq ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

Sosialmedia.az TACC  istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

“İndi hökumətin qərarı ilə Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi. Bütün şəxsi heyəti hərbi komissarlıqlara gəlməyə çağırıram”, – deyə o qeyd edib.