MN: “Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”

201

“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

SosialMedia.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb: “Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.