“Pandemiya ilə əlaqədar aztəminatlı ailələrə sosial yardımların göstərilməsi və maarifləndirmə tədbirlərinin təşkili” layihəsi yekunlaşdı

140

“Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 01.07.2020-ci il tarixindən “Pandemiya ilə əlaqədar aztəminatlı ailələrə sosial yardımların göstərilməsi və maarifləndirmə tədbirlərinin təşkili” layihəsini yekunlaşdırdı

Bu SosialMedia.az-a barədə Birliyin rəhbəri İndira Şəmsivari məlumat verib. Onun sözlərinə görə, layihə müddətində təşkilatımız tərəfindən Sumqayıt şəhərində yaşayan 40 aztəminatlı ailə müəyyənləşdirildi və onlarla əlaqə yaradılaraq sosial durumu öyrənildi. Bundan sonra hər bir ailəyə tərəfimizdən yardımlar olundu. Bundan əlavə təşkilatımıza müraciət edən şəxslərin problemləri dövlət qurumlarına müraciət formasında göndərilərək həll olundu deyə vurğulayıb.