Kılıçdan Qarabağ mesajı: Baydenə cavab

61

Hücuma məruz qalanla cinayətkara eyni münasibəti göstərməməklə ədalətli hərəkət etmiş olarsınız.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Co Baydenə cavabında deyib.

“Hücuma məruz qalanla cinayətkara eyni münasibəti göstərməməklə ədalətli hərəkət etmiş olarsınız. Bu səbəblə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın BMT qərarlarına uyğun olaraq zəbt etdiyi ərazilərdən çıxmasını istəməsi üçün Tramp rəhbərliyinə çağırış etməyiniz düzgün olardı”, – səfir bildirib.

Qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd Co Bayden “Tramp rəhbərliyinin gərginliyin azaldılması üçün Azərbaycan və Ermənistan liderlərinə zəng vurmalıdır, bundan başqa, Türkiyə kimi ölkələrin də mübahisələrdən kənar qalmasını tələb etməlidir” açıqlamasını verib.