Tərtərə atılan top mərmisi nəticəsində rayon sakini öldü

51

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat verib.

Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər həlak olub.