Sumqayıtda yaşayış binasında yanğın

350

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin mətbəxinin lambirindən ibarət tavanı 12 m² sahədə, dəhlizində paltar dolabı 2 m² sahədə və 1 ədəd plastikdən ibarət qapı yanıb.

SosialMedia.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.