Berlində BƏƏ və İsrail arasında kritik görüş

165

İsrail Xarici İşlər naziri Qabi Aşkenazi BƏƏ-dən olan həmkarı Abdullah bin Zayedlə Berlində görüşüb.

Sosialmedia.az xəbər verir ki, hər iki ölkə rəsmisi Almaniya Xarici İşlər naziri Hayko Maasın vasitəçiliyi ilə bir araya gəlib.

Görüşdə İsrail XİN rəhbəri BƏƏ ilə münasibətlərin normallaşması barədə imzalanan sazişin əhəmiyyətindən danışıb. O bildirib ki, anlaşma bölgədə sabitliyi dəstəkləyəcək və bəlkə də gələcəkdə başqa razılaşmaların imzalanmasına şərait yaradacaq.

Q.Aşkenazi iki dövlətli həll variantı ilə bağlı isə danışmaq istəməyib.

Zayed də öz növbəsində sülhün tərəfdarı olduqlarını və birgə çalışmaq istədiklərini açıqlayıb:

“Bu anlaşma ilə Yaxın Şərq bundan sonra yeni dövrə şahidlik edəcək”.