Türkiyəli nazir: “İnsanlıq cinayətləri törədən Ermənistanı qınayırıq”

38

“Bir daha atəşkəsi pozaraq, dinc əhalini hədəf alan, müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qınayırıq”.

Bunu Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk şəxsi “Twitter” hesabında ermənilərin Azərbaycana növbəti hücumu ilə bağlı açıqlamasında bildirib.

“Bu hücum nəticəsində qardaş Azərbaycanda həlak olanlara Allahdan rəhmət, yaralılara sağlamlıq diləyirəm. Başımız sağ olsun”, – yazıb.