Gəncəyə düşmən hücumu “Anadolu” agentliyinin “60 saniyədə bu gün” rubrikasında

71

Ermənistan silahlı qüvvələrinin ötən gecə (11 oktyabr) saat 02:00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması “Anadolu” agentliyinin “60 saniyədə bu gün” rubrikasında nümayiş etdirilib.

Qeyd edək ki, son məlumatlara əsasən, Ermənistan ordusunun törətdiyi terror aktı nəticəsində doqquz nəfər həlak olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Şəhərin raketlərdən atəşə tutulmasından sonra Gəncəyə külli miqdarda ziyan dəyib, dağıntılar baş verib.