Erməni təxribatı nəticəsində 241 mülki obyekt, 1479 yaşayış evi, 66 çoxmərtəbili bina yararsız hala düşüb

31

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Bundan başqa, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb.