Azərbycana qarşı törədilən hərbi təcavüz və Silahlı hücum haqqında Azərbaycan QHT-lərinin BƏYANATI6

96

Birləşmiş Millətlər Təşkilatı

ATƏT

ATƏT PA

Avropa Şurası

AŞPA

NATO

NATO PA

Avropa Komissiyası

Avropa Parlamenti

İslam Əməkdaşlıq Təşkilatı

TÜRKPA

Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin

diplomatik korpuslarına və beynəlxalq təşkilatlarına

Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və

Silahlı hücum haqqında Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının

MÜRACİƏTİ

Bakı şəhəri 09 oktyabr 2020-ci il.

1988-1993-cü illər ərzində ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox əhali (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Bir miliyon azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır.

Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.

Bu gün, Beynəlxalq qanunlara zidd olaraq, Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və yaşayış məskənlərinin və mədəni tarixi abidələrimizin qanunsuz dəyişdirilib saxtalaşdırılaraq, hayasızcasına həmin ərazilərin guya Ermənistana məxsus olduğu haqqında beynəlxaq ictimayyətə yalan məlimatlar verərək aldadırlar davam edərək özününkiləşdirillər.

Ermənistan 30 ildir Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqda, qaçqın və məcburi köçkün vəziyyətinə salınmış bir milyon insanın hüquqlarını kobud şəkildə pozmaqda, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyət həyata keçirməkdə və tarixi abidələrimizi dağıtmaqda davam edir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 mühüm qətnamə və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymaması və bunun müqabilində işğalçı ölkənin cəzasız qalması və sülh danışıqlarının heç bir nəticə verməməsi artıq münaqişəni dialoq müstəvisindən müharibə həddinə çatdırmışdır.

Azərbaycanın işğalçı ölkə olaraq Ermənistan tərəfini insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı təkidli çağırışlarına baxmayaraq öz çirkin əməllərindən əl çəkmir və beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmaqda davam edir.

12,13,14,15 iyul və 27 sentyabr 2020-ci il tarixindən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif iri çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı.

Ermənistanın bütün cəbhə boyu hərbi təcavüz edərək, mülki vətəndaşların yaşadıqları yaşayış məntəqələri raket və top mərmilərindən atəşə tutaraq bombardman edilmiş və nəticədə mülki əhali və hərbi qulluqçulardan həlak olmuş və yaralanmışdır.

Beləki azğınlaşmış ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirərək, şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın tapşırığı əsasında 4 oktyabr 2020-ci il tarixdə Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri, Abşeron və Xızı rayonlarının ərzailəri raket və top mərmilərindən atəşə tutulmuşdur.

27 sentyabr tarixindən bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olmuş, 148 mülki vətəndaş ağır yaralanmış, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılaraq mülkü əhaliyə külli miqdarda ziyan vurulmuşdur.

Sizin bu 30 illik səssizliyiniz və laqeydliyiniz Azərbaycan xalğı arasında təkcə heyrətlə qarşılannmır, həmçinin ciddi narazılıq və suallar doğurur? Axı necə ola bilər ki, Sizin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərin tərk etməsi haqqında qəbul etdiyi məlum 4 qətnamələrini 30 ildir ki, yerinə yetirilməsinə və Ermənstan dövləti tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayət hadisələrinə göz yumursunuz? Ancaq, Azərbaycan dövlətinin 30 ildir işğal olmuş ərazilərini teroristlərdən təmizləməyə başladıqda siz ona qarşı çıxaraq erməni təcavüzkarlarının məkirli siyasətinə dəstək verərək bununla bağlı həmrəylik nümayiş etdirirsiniz.

Məhz sizin susqunluğunuz və ATƏT-in Minsk qrupunun faliyətsizliyi Ermənistan dövləti tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağırlaşaraq müharibə həddinə gətirib çıxartmışdır.

Azərbaycan hər zaman terorçu işğalçıların təxribatları ilə üz-üzə qalıb. Bütün dünya ictimaiyyəti və bütün təşkilatlar bizim ərazi bötüvlüyünü tanıyır. 30 ildir ki, beynəlxalq danışıqlar aparılır lakin bütün danışıqların sonunda Ermənistan yeni təxribatlara əl ataraq bütün prosesi iflic vəziyyətə salır.

Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü Ermənistan silahlı qüvələrinin Qarabağ ərazisinə gətirdiyi terorcu döyüşçülərdən təmizləyərək öz ərazi bütovlüyünü bərpa edirik.

Azərbaycan xalğı olaraq, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın Dövlət müstəqilliyi və torpaqlarının bütövlüyünün qorunub saxlamaq uğrundda apardığı daxilii və xarici siyasətini və onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması üçün verdiyi bütün qərarlarını dəstəkləərək hər zaman Ali Baş Komandanımızla həmyrək olaraq ordumuzun yanındayıq.

Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum 4 qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız.

Sülh danışıqları hər iki tərəf üçün məqbul olmalıdır. Bunun üçündə Ermənistan ərazisindən 1988–ci ildə zorla qovulmuş azərbaycanlılara beynəlxaq hüququn və Ermənistan siyasi rəhbərliyinin Azərbaycanlıların Ermənistanda öz ata-baba yurdlarında yaşamaları üçün verdiyi imtiyazlar qədərdə Azərbaycan tərəfi ermənilərə həmin imtiyazları Azərbaycan ərazisində verə bilər.

Ümid edirik ki, Siz bizim bu müraciətimizə laqeyd qalmayacaq, ikili satandartlardan və selektiv yanaşmalardan əl çəkərək bu hadisələrə obyektiv və ədalətli qiymət verəcəksiniz.

Müraciəti Azərbaycanın 21 Qeyri-Hökumət Təşkilataları imzalamışdır.

Müraciəti imzalamış Qeyri-Hökumət Təşkilatalatın siyahısı müraciətə əlavə edilir.

1. Cəlil Xəlilov – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı.

2. Sərraf Orucov – Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondu.

3. Xudadad Xudiyev -“Vətən Uğrunda Hərakat” İctimai Birliyi.

4. Dünyaxanım Əliyeva -“Dünya Ana və Uşaqları” İctimai Birliyi.

5. Rövşən Ağamalıyev “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi.

6. Qurban Məmmədov “Vətən Müharibəsi Əlillərinə Kömək “İctimai Birliyi.

7. Tahir Xudiyev -“Beynəlxaq Əlillər Cəmiyyəti” İctimai Birliyi.

8. Vahid Abbasov – “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi.

9. Səmyar Abdullayev – “Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi.

10. Növrəstə Yusifova – “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi.

11. Xədicə Mikayılova – “Azərbaycan Respublikası Əlillər Cəmiyyəti” İctimai Birliyi.

12. Elvin Talışınski – “Elin səsi Milli Mənəvi Dəyərlərimizin Qorunması” İctimai Birliyi.

13. Sultan Əzimzadə -” 20 Yanvar” İctimai Birliyi.

14. Asəf Əliyev – “Qarabağ Qaziləri” İctimai Birliyi.

15. Firudin Məmmədov -“Respublika Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi.

16. Elşən Uluxanlı – “Azərbaycanın Respublikası Milli Qəhramanların Tantma” İctimai Birliyi .

17. Ədalət Məhərrəmov – Azərbaycan Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnfişaf Fondu.

18. Mətanət Əskər qızı – “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi.

19. Radə Abbas – “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai