Ağsu rayonunda yaşayan aztəminatlı ailələrə yardım göndərildi

203

Sosialmedia.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Postpandemiya dövrünə adaptasiya və gigiyenik qaydalara əməl olunmasının vacibliyi” layihəsi çərçivəsində Ağsu rayonunda yaşayan 7 aztəminatlı ailəyə ərzaq yardım kuponları göndərib.

 Keçirilən layihənin başlıca məqsədi də Postpandemiya dövründə insanları düzgün şəkildə maarifləndirmək və gigiyenik qaydalara əməl olunmasının vacibliyini çatdırmaqdır.