“Ali Baş Komandanımıza inamı, vətəndaş sevgisini daha da gücləndirir”

370

Dəyərli dostlar!

Qəhrəman Silahlı Qüvvələrimiz düşməni diz çökdürməkdə, ona ağır, ölümcül zərbələr endirməkdədir.

Sosialmedia.az bildirir ki, Müdafiə Nazirliyimizin Ordumuzun əldə etdiyi uğurlarla bağlı verdiyi rəsmi xəbərlər, azad olunmuş tarixi ərazilərimizdən yayımlanan video görüntülər xalqımızda qürur və sevinc hissləri yaradır, əsgər və zabitlərimizin qəhrəmanlığı yüksək qiymətləndirilir, Ali Baş Komandanımıza inamı, vətəndaş sevgisini daha da gücləndirir.

Dünən üç rəngli bayrağımızın Ağoğlanın (Hadrutun) üzərində dalğalanması hər birimizdə iftixar doğurdu. Əslində böyük strateji əhəmiyyət kəsb edən Ağoğlanın Ata yurduna qovuşması Silahlı Qüvvələrimizin yüksək peşəkarlığının ciddi uğurudu və o, işğala məruz qalmış torpaqlarımızın azad edilməsində həlledici rolunu oynadı, Qubadlı, Zəngilan, Laçın, Şuşa və Xankəndinə doğru müzəffər yürüşümüzü tam reallığa çevirdi. Əminəm ki, terroristlərin, vandal düşmənimizin tör-töküntülərinin torpaqlarımızdan təmizlənməsi əməliyyatı tezliklə başa çatacaqdır.

Döyüşdə məğlubiyyətə uğrayan, ağır itgilər verən faşist Ermənistan mülki əhalimizi hədəfə almaqla öz rəzilliyini və acizliyini nümayiş etdirməkdə, xalqımızın düşmənə qarşı barışmazlığını və ordumuzun döyüş əhval – ruhiyyəsini gücləndirməkdədir.

Hər an, hər gün öz rəşadətilə bizə sevinc yaşadan Silahlı Qüvvələrimizlə fəxr edir, Ali Baş Komandanımızla qürur duyuruq.

Qardaş və dost ölkələrə, ayrı-ayrı ölkələrin deputatlarına, siyasətçilərinə, jurnalistlərinə, ictimai xadimlərinə, neofaşizmlə mübarizədə bizimlə, haqqa və ədalətə söykənən Vətən müharibəmizlə, bəşəriyyəti dəhşətli erməni vandalizmindən qorumaqda bizimlə birgə olduqlarına görə minnətdarlığımı bildirirəm.

Fəzail Ağamalı, Millət Vəkili