Ermənistan əhalisinin 1/5-dən çoxu bu il işsiz qalacaq – PROQNOZ

41

Bu il Ermənistanda işsizlik səviyyəsi artaraq 22,3% təşkil edəcəyi proqnozlaşdırılır.

SosialMedia.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir.

Hesabatda 2021-ci ildə Ermənistanda işsizlərin sayı bir qədər azalaraq 21,1%-ə enəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, BVF-nin Ermənistanda işsizlik üzrə apreldə dərc olunmuş proqnozları 2020-ci il üçün 19%, 2021-ci il üçün isə 18,4%-ə bərabər idi.

Qeyd edək ki, ötən il Ermənistan işsizlik 18,9% olub.