Səfirlik: İran Azərbaycana ərazilərinin işğaldan azad edilməsində dəstəyini davam etdirəcək

53

İranın Azərbaycan mövqelərini top atəşinə tutması, Kaşan şəhərindən bir təyyarənin Qarabağa uçması və İranın Ermənistana hərbi yardım göstərməsi barədə xəbərlər qətiyyən doğru deyil və tamamilə əsassızdır.

Bu barədə SosialMedia.az-a İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu cür xəbərlərin əsas məqsədi iki ölkə arasında inkişaf edən münasibətləri korlamaqdan ibarətdir.

“İranla Azərbaycanın dost və qardaş olduqlarını bir daha vurğulayırıq. Bu dostluq və qardaşlıq sonsuza qədər davam edəcək və heç kim onu poza bilməz. İranın Azərbaycan Respublikasına öz ərazilərinin işğaldan azad edilməsində və terrorizmlə mübarizədə dəstəyi davam edəcək. Səfirlik bu yalan və əsassız xəbərlərin yayımlanmasını qətiyyətlə rədd edir və bu əsassız şayiələrin səbəbkarlarını qınayır”, – deyə məlumatda qeyd olunub.