Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək

178

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti əsasında Azərbaycana səfər edəcək.

Bu barədə SosialMedia.az-ın yerli bürosuna TBMM-dən məlumat verilib.

Bildirilib ki, M. Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti 18-20 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.

M. Şəntop 20 oktyabrda Azərbaycan Milli Məclisində çıxış edəcək.

“Bakıda keçiriləcək görüşlərdə Türkiyənin Azərbaycana dəstəyi bir daha ifadə olunacaq. Azərbaycan nə zaman və hansı məsələdə bizdən dəstək istəyərsə, lazımi köməklik etməyə hazır olduğumuzu bir daha bəyan edəcəyik. “Bir millət, iki dövlət” olaraq dərdimiz və sevincimiz birdir. Bölgədə sülhün, sabitliyin, ədalətin və beynəlxalq hüququn prinsiplərinin hökm sürməsi Türkiyənin yeganə məqsədidir”, – deyə Türkiyə parlamentindən bildirilib.