Çavuşoğlu Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycanı təbrik edib

50

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu 18 oktyabr -Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

SosialMedia.az-ın xəbərinə görə, M. Çavuşoğlunun “Twitter”də paylaşdığı təbrikdə deyilir: “Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın müstəqillik günü qutlu olsun. Üç rəngli bayrağınla sən məsud yaşa, çox yaşa, Azərbaycan!

18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə qardaş Azərbaycanı ürəkdən təbrik edirəm”.