Düşmən humanitar atəşkəs rejimini kobudcasına pozub

228

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

Sosialmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Tvitter hesabında paylaşıb.

“Bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”, – Prezident bildirib.