Putin və vəliəhd niyə razılığa gələ bilmir?

134

Rusiya prezidenti ilə Səudiyyə Ərəbistanı vəliəhdi arasında son günlər baş tutan telefon danışıqları neft bazarındakı vəziyyətlə bağlıdır.

Sosialmedia.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

“Məsələ anlaşılmazlıqla bağlı deyil. İki ölkə, iki neft hasilatçısı arasında əməkdaşlıq… O ölkələr ki, birgə fəaliyyətləri ilə enerji mənbələri bazarlarına stabilləşdirici təsir göstərə bilər. Fikir mübadiləsi mərhələsindəyik. Bu da ardıcıl müzakirələr tələb edir”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Putin və Məhəmməd bin Salman arasında ötən həftə iki dəfə telefon danışığı baş tutub.