Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatır

52

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

Sosialmedia.az bildirir ki, Mərkəzdən Axar.az-a verilən məlumata görə, oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 oktyabr saat 23:50-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək.