Yunanıstana Consondan şok: Ankara ilə də çalışacağıq

181

İngiltərə Şərqi Aralıq dənizində gərginliyi azaltmaq üçün iki tərəflə də çalışmağa davam edəcək.

Sosialmedia.az xəbər verir ki, bunu İngiltərə Baş naziri Boris Conson yunanıstanlı həmkarı Kiryakos Miçotakislə görüşdə bildirib.

Bundan əlavə, tərəflər AB ilə İngiltərə arasındakı ticarət razılaşmasını və Kipr böhranını da müzakirə edib.

Qeyd edək ki, Yunanıstan hökuməti AB ölkələrindən Türkiyəyə sanksiya tətbiq edilməsini tələb edir.