Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması layihəsi yekunlaşdı

247

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 01.07.2020-ci il tarixindən “Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə peşə kurslarına cəlb edilməsi və özünəməşğulluğunun təmin olunması mövzusunda tədbirlərin təşkili” layihəsini yekunlaşdırdı.

Bu barədə Sosialmedia.az-a birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə nəzərdə tutulan web proqramların onlayn qaydada öyrədilməsi yekunlaşıb.. Avqust ayının 15-dən start verilən onlayn təlimlərdə, təlimçilər tərəfindən əlilliyi olan gənclərə fotoshop, Corel Draw proqramları öyrədilib. Bundan əlavə gənclərin media bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə isə 14 nəfər gənc üçün üç günlük təlim təşkil olunub. Əlavə olaraq, layihə çərçivəsində “Evdə Qal, Cəmiyyəti Qoru” adlı onlayn rəsm müsabiqəsi təşkil olunub və qaliblər mükafatlandırılıb.

Layihənin əsas məqsədi əlilliyi olan gənclərə yeni nəsil proqramların öyrdəliməsi və məşqulluq problemlərinin həllinə dəstək olmaqdır deyə vurğulayıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində dəstəklənib.