Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur?

42

BMT-nin Liviya Dəstək Missiyasının himayəsi altında Cenevrədə imzalanan saziş Milli Razılıq Hökuməti ilə Türkiyə arasındakı razılaşmalara təsir etməyəcək.

Sosialmedia.az xəbər verir ki, bu barədə Liviya Ali Şurası məlumat yayıb.

“Cenevrədə imzalanan saziş qanuni hökumətlə hakimiyyəti qiyamla ələ keçirməyə çalışan qüvvə arasında baş tutub. Bu, qiyamçı qüvvələrin açıq və ya dolayısı olaraq heç bir şəkildə legitimliyinin tanınması mənasını vermir”, – məlumatda bildirilib.