“İkidisə, birini bağışlayaq “ adlı kampaniyaya qoşuldular

247

“Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin sədri Fəridə Hicran, uzun illərdi onu qələm sahibi , Milli Elmlər Akademiyasınınbaş elmi işçisi kimi tanıyırsız. O, həm də çoxunuzun bilmədiyi müharibə veteranıdır. Onunla söhbət edirəm. Müharibədən danışır. Bu gün oğullarımızın qəhrəmanlığına heyran olduğunu deyir. Deyir ki, 90-cı illərdə gedən savaşda da belə qəhrəman oğullarımız çox oldu. Sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünü görəndə düşündüm ki, arxa cəbhədə biz də dayaq olmalıyıq. Belə bir kampaniya başladıq “İkidisə, birini bağışlayaq“ .

Az zamanda bizə qoşulanlar oldu. Həmin tarixdən hər həftənin şənbə və ya bazar günləri cəbhə bölgəsinə yollanırıq. Artıq mobil bir dəstə yaranıb. Bu işdə böyük əməyi olan insanlar “AY“ Klinikasının rəhbəri eyni zamanda ictimai birliyin Mətbuat xidmətinin rəhbəri Arzu Ələkbərova,ictimai birliyin ideoloji məsələlər üzrə müavin Süsən Əliyeva , AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırlı , Dünya Azərbaycanlılarının Həmrəyliyi ictimai birliyinin sədri Qəzalə Xeyrəbadi, QHT sədri Zemfira Hüseynova, beləliklə biz bu günə qədər on bir dəfə cəbhə bölgəsinə, əsgərlərimizə və Ermənistanın Tərtərə atdığı raket və bomba nəticəsində evi dağılan insanlara yardımlara başladıq. Əsgərlərimizə yardımlar edərkən Bərdədən olan millət vəkili Fatma Yıldırım da kampaniyamıza dəstək oldu. Bu müddət ərzində biz isti corab, şarf, papaq, əlcək, alt paltarı, siqaret, dərman ləvazimatları, adyal, yorğan-döşək, xalça, televizor, gigiyenik vasitələr,qış geyimləri , ərzaq ilə dəstək olduq.

Siz də bizimlə səfərlərdə iştirak etdiz. Şahid oldunuz ki, insanlar apardıqlarımızla bərabər mənəvi dəstəyə görə nə qədər özlərini xoşbəxt hiss edirlər. Əsgər də, müharibə zonasında olan vətəndaşlarımız da gözəl bilirlər ki, onların arxasında Azərbaycan dövləti, onun Prezidenti, xalqı durur. “İkidisə, birini bağışlayaq“ kampaniyası davam edir. Biz bu işi qələbəmizdən sonra da davam etdirməyə hazırıq. Axı hər birimiz dağılan kənd və şəhərlərimizin bərpasında da iştirak edəcəyik. Cənab Prezidentimiz dediyi kimi “Biz birlikdə güclüyük!“.“Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin sədri olaraq bu kampaniyada iştirak edən hər bir kəsə minnətdaram.

Müstəqil jurnalist , Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı