Deputat: “Biz bütün cəbhələrdə qalib gələcəyik”

61

“Əks-hücum əməliyyatlarından keçən bir ay ərzində Silahlı Qüvvələrimiz çox böyük uğurlar qazanıb”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, 4 rayonda, əhəmiyyətli yüksəkliklərdə, Hadrut, Suqovuşan kimi ciddi yaşayış məntəqələrində artıq Azərbaycan bayrağı dalğalanır: “Keçən bu müddət ərzində həm də bizim təkcə vandal ölkə ilə deyil, beynəlxalq güclərlə də vuruşduğumuz ortaya çıxdı. Beynəlxalq güclərin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana olan dəstəyi bu Vətən müharibəsində ortaya çıxdı. Əminəm ki, biz bütün cəbhələrdə qalib gələcəyik. Bu qələbə 200 ildir üzərimizə gələn vandal ermənilərin üzərində möhtəşəm qələbəmiz olacaq”.