PKK-nın Afrindəki taktikası Qarabağda

208

Ermənilər Qarabağda Ordumuzun PUA-larla əməliyyatlarının qarşısını almaq üçün fosfor bombaları ilə meşələri yandırırlar. Bildirilir ki, PKK terrorçuları Afrin əməliyyatları zamanı sözügedən metoddan türk ordusuna qarşı istifadə edib. Maraqlıdır, bu cür meşə yanğınları həqiqətən də PUA-ların qarşısını ala, onların görmə imkanlarını məhdudlaşdıra bilirmi?

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a danışan tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar deyib ki, fosfor bombalarının PUA-ların aktiv istifadəsinə mane olması barədə dəqiq bir fikir yürütmək çətindir.

O bildirib ki, fosfor bombası daha çox qarşı tərəfin canlı qüvvəsini məhv etmək üçün istifadə edilən yanan və yandıran xüsusiyyətlərə malik, eyni zamanda insanlıq cinayəti hallarında özünü göstərən bir kimyəvi maddədir:

“Xüsusilə YPG və PKK aktiv döyüş bölgələrində PUA-lar və ya zərbə dronlarının aktivliyini azaltmaq üçün müxtəlif metodlardan istifadə edirlər. Bu metodlar əsasən təkər yandırmaq və ya sadəcə, yanğınlar çıxarmaqdan ibarətdir. Bu yolla onlar PUA-nın termal kameralarından qorunmağa çalışır.

Dağlıq Qarabağdakı müharibədə də bənzər şəkildə PUA-nın görüş dəqiqliyini azaltmaq üçün təkər və ya meşələr yandırılır. Xüsusilə bu hallar havalar tutqun olduğu zaman baş verir. Çünki tutqun, yağışlı havalarda PUA-lar aktiv şəkildə istifadə edilmir.

Ermənistan ilə PKK, YPG arasındakı münasibətlər heç kəsə sirr deyil. Hətta iki min PKK-çının gətirilib onlardan döyüş bölgələrində Azərbaycana qarşı istifadə edilməsi halları da bilinən bir gerçəkdir.

PKK bu gün Suriyada, İraqda, Türkiyədə həyata keçirdikləri terror aktlarından əldə etdiyi təcrübəni və mövcud insan resursunu ermənilərin xeyrinə istifadə edir. Həm canlı qüvvə, həm də təcrübələrini onlar ilə bölüşür. Azərbaycan Ordusunun irəliləməsinin qarşısını almaq pozmaq üçün yanlardan pusqu qurur, kustar üsulla hazırlanmış partlayıcı maddələrla Azərbaycan Ordusunun əzmini qırmağa çalışırlar”.

Ağar deyib ki, PKK-nın bu taktikası Afrində türk ordusuna mane ola bilmədiyi kimi, ermənilərin də bu primitiv cəhdləri Azərbaycan Ordusuna mane ola bilməz:

“Bu, ən yaxşı halda müharibənin ömrünü cəmi bir-iki gün uzada bilər, vəssalam”.