Professor təhlükəni xatırlatdı: 7,9 ballıq zəlzələ…

268

Ötən gün Bingöl və Qarlıova arasında baş verən 4,1 ballıq zəlzələ diqqətimi çəkdi.

Sosialmedia.az xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis Naci Görür deyib.

“Burada 1939-cu ildə 7,9 ballıq Ərzincan zəlzələsi olub. Bu zəlzələ Qarlıova istiqamətinə təzyiq göstərib. Nəticədə 1949-cu ildə 7,1 ballıq Qarlıova zəlzələsinin baş verməsinə zəmin yaradıb. Daha sonra da bənzər zəlzələlər olub. İndi bu bölgədə təkrarlanan zəlzələlər xüsusilə diqqət çəkir”, – o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İzmir bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Daha sonra ölkənin müxtəlif yerlərində də təkanlar qeydə alınıb.