Sumqayıtda yolu keçmək istəyən 17 yaşlı qızı maşın vuraraq öldürüb

143

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.az-ın məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Nigar Kərimlini BMW markalı avtomobil vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.