QHT gənclər arasında vətənpərvər mövzusunda maarifləndirmə layihəsini icra edir

284

Azərbaycan Gənclər Fondu və ARGTMŞ – NAYORA-nın təşkilatçılığı ilə Bakı şəhəri üzrə müxtəlif məkanlarda gənclər arasında sorğu və İctimai Nəzarət qrupu olaraq, vətənpərvər mövzusunda maarifləndirmə layihəsi keçirir. Bu barədə Sosialmedia.az-a İctimai Nəzarət Qrupunun üzvü Aynur Məmmədova məlumat verib.

Aksiyalarda 50 dən çox gənc anonim sorguya cəlb olunub, gənclər arasında ən çox aktual problem nədir, sualına cavab öyrənilmişdir, və eyni zamanda Azərbaycan Gənclər Fondu ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə layihəsi – İctimai Nəzarət Qrupları barədə ictimaiyyətə geniş məlumatlar verilib.

Paralel olaraq koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirmə aksiyası və Qarabağda döyüşən hərbiçilərimizə dəstək məqsədi ilə vətənpərvərlik kampaniyası barədə bilgiləri gənclərə çatdırırıq.

Gənclərdən xahiş olundu ki, onlar da öz sosial şəbəkə istifadəçisi olaraq, ön cəbhədə olan əsgərlərimizə ruh yüksəkliyi verən maarifləndirmə işləri aparsınlar. Gənclərlə görüş zamanı paylaşdığımız bukletdə də göstərildiyi kimi, insanlara əllərin tez-tez yuyulmasının, sosial məsafə saxlamasına riayət edilsin. karantin qaydalarına əməl edilməsi tələb olunsun.

Layihə iştirakçısı Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İB-nin sədri Aynur Məmmədova (paralimpiyaçı taekwondo üzrə dünya Avropa çempionu) gənclərlə görüş zamanı Vətənpərvərlik layihəsi barədə geniş məlumatlar verir.