Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayılda olublar

383

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

SosialMedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.