QHT rəhbərləri vətən üçün əsirgəmədi- Mətanət Əsgərqızı yazır

340

Müharibələr hər zaman itki ilə müşayiət olunub. Müharibə həmişə qələbə qazanan və məğlub olan tərəf üçün də minlərlə insanın həyatı bahasına başa gəlir. Bizim nəsil o, acıları 1988-ci ildən yaşamağa başladı. Üstünlüklərimiz oğulların vətənə və torpağa sevgisi idi. Lakin düşmən arxalı və məkrli olduğundan, eləcə də silahı hər zaman xaricdən təchiz olunduğunda və digər resursların yüksəkliyi məğlubiyyətlərimizi qaçılmaz etdi. Bunun üçün zaman lazım idi.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri,müstəqil jurnalist Mətanət Əsgərqızı deyib. O,qeyd edir ki, Ordunun qurulması və təminatı yüksək səviyyədə olmalı idi ki, istədiyinə nail olasan, müvəqqəti geri çəkildiyin ərazilərə qayıdıb zəfər çalasan.

Heydər Əliyev məhz bu yolu tutdu. Arzusu güclü ordu, nizam-intizamlı əsgər görmək idi.Başlandı. İlk uğur Horadiz əməliyyatı oldu.Addım-addım Azərbaycan ordusu yol gəlməyə başladı.Bu yol 2020-ci ilin 27 sentyabrında tamamlandı. Düşmən növbəti dəfə hücum etdi və Azərbaycan Ordusu öz sözünü deməyə başladı. Dünya hərb tarixinə düşəcək qırx dörd günlük müharibə çox dövlətləri mat qoydu.Ən əsası insan amili öndə oldu. Arxa cəbhə heç də öndən az iş görmədi. Həmin günlər vətən bir yumruğa çevrildi.

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyi də bir çox məsələlərə imzasını yazdı. Silahlı Qüvvələrin Kliniki Hərbi Hospitalına yaralılar daxil olmağa başladı. Övladına görə narahat olanlar bura axışırdı.Çoxu rayonlardan gəldiyindən qalmağa yeri yox idi. Bu məsələni həll etməyə çalışdıq. Sosial şəbəkədə məsələni ictimailəşdirdik.Bir daha xalqımızın birliyinin , unikal millət olduğumuzun şahidi olduq. Yaralı əsgərlərimizin valideynlərini evlərində qonaq etmək istəyənlərin sayı onlarla idi.

Sağ olsun QHT sədri Mehriban Zeynalova, Günel Səfərova. Bu işdə onların əməyi də böyük oldu. Artıq ictimai birliyimiz bu işi yüksək səviyyədə yerinə yetirdi .Eyni zamanda Hospitalın rəhbərliyi ilə də görüşlərimiz dəfələrlə oldu.Valideynlərin nigarançılıqlarını çatdırdıq. Cavab bu oldu, valideynlər narahat olmasın, balaları dövlətin himayəsində və cənab Prezidentin nəzarətindədir. Növbəti missiyamız əsgərlərə yardımların göstərilməsi oldu. Dövlətimiz onların təchizatını və təminatını yüksək səviyyədə etsə də bizlər də onlara ruh yüksəkliyi vermək üçün hərəkətə keçdik. Əsgərə məktublar yazıldı. Sözsüz ki, sovqatla birgə göndərdik. Ümumilikdə 250 əsgərə şərf,corab,isti alt paltarı,əlcək,şirniyyatlar yola salındı. On oktyabr tarixindən isə hər həftə, şənbə və bazar günləri cəbhə bölgəsində olduq. On iki dəfə evlərini itirmiş insanlarla görüşdük. Onlara da ərzaq ,isti paltarlar və yorğan-döşək apardıq. Bu işlərdə bizə dəstək olan insanlar adlarının çəkilməsini istəmədiklərindən onlara “Minnətdarıq! ” deməkdən çox məmnunuq. QHT sədri Fəridə Hicran da dəstəkçilərimiz sırasında oldu.Nəsimi rayonundakı 247 saylı məktəbə də öz minnətdarlığımızı bildiririk.

Onlar da bir gedişimizdə yanımızda oldular. Apardıqları sovqatları da özləri payladılar. Media nümayəndələrindən Səbinə Kərimovaya, Cəsarət Hüseynzadəyə,Zaur Qəriboğluna, Gülnaz Qəmbərliyə, Cavid Əhmədoğluna minnətdarıq! Əslində qırx dörd günlük müharibədə beş yüz nəfərə qədər insana istər maddi , istərsə də mənəvi dəstəyimiz oldu. Bu bölgələr əhatə olundu : Füzuli,Tərtər,Ağdam,Bərdə, Murov . Özümüzü çox xoşbəxt hiss edirik.Çünki bizimdə əlimizdən bunlar gəldi.Vətən üçün əsirgəmədik!