Qələbəmizi necə möhkəmləndirməliyik- Əkrəm Bəydəmirli

837

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşında qazanılan bu möhtəşəm qələbə hər bir azərbaycanlıya qürür verdi. Bu gün bizi düşündürən bu qələbəmizi necə möhkəmləndirməkdir. Tarixi ədalətin bütün dünya tərəfindən geosiyasi proseslər nəzərə alınaraq qəbul edilməsinə necə nail olmaq əsas hədəflər sırasındadır. Sosialmedia.az xəbər verir ki, bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib.

Təbii ki, işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarına məcburi köçkünlərin böyük qayıdışı prosesi düşünürəm dövlət tərəfindən ən yüksək səviyyədə təşkil olunacaq. Bu çox çətin də olsa məcburi köçkünlərimizin bütün sosial-iqtisadi problemləri və digər məsələlər işğaldan azad olunmuş həmin ərazilərdə rəsmi qurumlar tərəfindən həllini tapacaq.

Lakin media və Vətəndaş Cəmiyyətləri İnstitutları tərəfindən görüləcək işlər daha çoxdur. Artıq informasiya müharibəsi yeni fazaya keçəcək. Düşünürəm ki, informasiya müharibəsi intellektual müstəvidə aparılmalıdır. Zamanın çağrışlarına uyğun yeni metodologiyaların tətbiqinə ehtiyac var. Bəzi təbliğat üsullarını korrektə edib dünyanı inandırmaq, Azərbaycanla bağlı həqiqətləri geniş auditoriyaya çatdırmaq üçün çox mükəmməl innovativ vasitələr var. Onu tətbiq etmək lazımdır.