Sumqayıtda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib

161

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, şəhər ərazisində qurulmuş komendant postlarının birində “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırma nəticəsində avtomobili idarə edən Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədov Babək Məmməd oğlunun aktiv koronavirus xəstəsi olduğu məlum olub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən əraziyə briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.