Gürcü ekspert: Tənəzzülə gedirik!

154

Konkret şəkildə deyə bilərik ki, Gürcüstanda iqtisadi artım yaxın bir ayda pisləşəcək.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Gürcüstanın tanınmış iqtisadçısı Akakiy Çomaya pandemiyanın təsirləri barədə danışarkən deyib.

“Yeni məhdudiyyətlər, kiçik və orta biznesə məxsus özəl obyektlərin bağlanması enişdə olan iqtisadiyyata daha da mənfi təsir edəcək. Vətəndaşlara və biznesə effektiv yardım üsulu mövcud deyil. Dövlətin beynəlxalq donorlardan aldığı kredit və qrantlarla müqayisədə Gürcüstan vətəndaşlarının aldığı yardım azdır. Daha geniş plan hazırlamaq və daha geniş spektri əhatə etmək mümkündür”, – deyə ekspert bildirib.