Marukyan: Paşinyan gedəcək, köhnələr gəlməyəcək

144

Hərbi vəziyyətin ləğvindən sonra baş nazirin impiçmenti prosesini başladacağıq, məğlubiyyət simvolu getməlidir.

Sosialmedia.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının rəhbəri Edmon Marukyan deyib.

“Zaman göstərdi ki, hazırkı hakimiyyət getməlidir. Köhnələr gəlməyəcək, hazırkılar isə qalmayacaq. Onlar iki ildir Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanı vəzifəsindən azad etməyə çalışırlar. XİN rəhbəri indi deyir ki, biz diplomatiyada yox, döyüş meydanında uduzmuşuq. O bilməlidir ki, diplomatiya müharibə başlayanda uduzulub”, – deyə o bildirib.