Rəhimovun himayəyə götürdüyü şəhid ailəsindən şad xəbər

82

Hüquq professoru, azərbaycanlı iş adamı İlham Rəhimov himayəyə götürdüyü şəhid ailəsinə dəstəyini davam etdirir.

Sosialmedia.az Musavat.com-a istinadən xəbər verir ki, Tovuz hadisələrinin ilk şəhidlərindən olan Elşad Məmmədovun Ağdam kəndində olan ata ocağının təmiri başa çatmaq üzrədir.

İlham Rəhimov şəhidimizin övladı Məhəmmədin 18 yaşına qədər olan bütün xərclərini öhdəsinə götürməklə yanaşı, ailənin digər ehtiyaclarını da qarşılayır.

Artıq şəhid ailəsinə lazım olan bütün məişət əşyaları da təhvil verilib.Dönməz Məmmədov ilk gündən yanlarında olan professor İlham Rəhimova və onun ailə üzvlərinə xüsusi minnətdarlığını bildirib.

Başqa bir şad xəbər isə şəhidimiz ikinci övladının dünyaya gələcəyi ilə bağlıdır. Elşad Məmmədovun bizə yadigar qalan oğlu Məhəmmədin bir yaşı tamam olacaq. Şəhidimizin ana bətnində olan övladının da səhhəti normaldır.

İlham Rəhimovun tapşırığı ilə şəhidimizin dünyaya gələcək olan ikinci övladı da diqqətdə saxlanılır.

Xatırladaq ki, İlham Rəhimov Tovuza gələn zaman Ağdam kəndində şəhid Elşad Məmmədovun ailəsini ziyarət də etmişdi. İlham Rəhimov şəhidin ailəsinə lazım olan bütün dəstəyi göstərəcəyini deyərək, həmişə onların yanında olduğunu bildirmişdi.

Şəhidimizin atası Dönməz Məmmədov bu günə qədər onlara göstərilən dəstəyə görə hər kəsə təşəkkürünü çatdırıb. Şəhid atası deyib ki, millət vəkilləri və digər tanınmış şəxslər də onların ailəsi ilə maraqlanıblar.