Bolqarlar bizi məhv etmək istəyir

169

Bolqarlar istəyirlər ki, Makedoniya və makedoniyalılar olmasın. Biz hamımız, o cümlədən Makodeniya da Bolqarıstanın olsun.

Sosialmedia.az xəbər verir ki, bu sözləri makedoniyalı teleaparıcı və jurnalist Milenko Nedelkovski deyib.

“Lakin bu, dərhal edilə bilməz. Ona görə də onlar hissə-hissə edirlər. Hazırda onların Makedoniyada güclü müttəfiqi var – qanunsuz təyin olunmuş baş nazir Zoran Zayev”, – deyə jurnalist bildirib.

Nedelkovski əlavə edib ki, bolqarlar İkinci Dünya müharibəsində nasistlərlə birlikdə təmsil olunduqları ittifaqı indi də istəyirlər.

Qeyd edək ki, Bolqarıstan hakimiyyəti Makedoniyanın Avropa İttifaqının tərkibinə daxil olması ilə bağlı danışıqların aparılmasına qarşı çıxıb. Rəsmi Sofiya hesab edir ki, Makodeniya onlarla milli kimlik və dil məsələsini həll etməyincə, Aİ ilə danışıqlara başlaya bilməz.