İki yük avtomobili toqquşdu: ölən var

182

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “İsuzu” və “КаmAZ” markalı iki yük avtomobili toqquşub.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “İsuzu” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.