“Moderna” peyvəndin istifadəsi üçün hərəkətə keçdi

869

ABŞ və Avropada istehsal olunan COVİD-19 əleyhinə peyvəndlərin təcili istifadəsi üçün müraciət edəcəyik.

Sosialmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın biotexnologiya şirkəti “Moderna” bildirib.

“Moderna” bəyan edib ki, sonuncu dəfə aparılan test nəticəsində peyvənd koronavirusa qarşı 94 faiz təsirli olub.

Bildirilib ki, şirkət peyvənddən təcili istifadə üçün ABŞ-ın Qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəsinə müraciət edəcək və Avropa Birliyindən şərti təsdiq almaq üçün lazımi prosedurları yerinə yetirəcək.

“Peyvəndin epidemiyanın gedişatını dəyişdirə biləcəyinə inanırıq. Ağır xəstəliklərin və ölüm faktlarının azalacağına ümid edirik”, – şirkətdən bildirilib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəyə peyvəndlərin təsdiqini ləngitməmək barədə çağırış edib.